Nasist Almaniyasının ən qeyri-adi bir üzvü olan Magda Goebbelsdən danışacağıq.
Mynews.az Metbuat.az-a istinadən bildirir ki, Hitler uğrunda intihar etməklə yanaşı, uşaqlarını da öldürən bu qadının həyat hekayəsi faşizmin qaranlıq üzünün ən diqqət çəkən örnəklərindəndir. Magda Goebbels bəlkə də, tarix səhifələrində rastlanılan ən qəribə insanlardan biridir. Buna səbəb, onun Hitlerə duyduğu dərin sevgi hissləridir.
O, Hitlerin təbliğat rəhbəri - Joseph Goebbelsin həyat yoldaşı olub. Hitlerə olan sevgisi o qədər böyük ölub ki, hisslərini ifadə etməkdən heç vaxt çəkinməyib:
“Həyat yoldaşımı sevirəm. Amma rəhbərimizə olan sevgim daha güclüdür. Onun üçün həyatımı belə qurban verə bilərəm. Hitlerin Almaniyaya olan sevgisindən bir qadını sevə bilməyəcəyini alnadığım gün ona daha yaxın olmaq qərarına gəldim. Bu səbəblə, Joseph ilə evləndim.
Adolf Hitlerin ölüm xəbərini eşitdikdən sonra qadın 6 uşağını tək-tək yatırdıqdan sonra onları əlləriylə öldürüb. Daha sonra həyat yoldaşı ilə birlikdə intihar edib. Nasist Almaniyasında “Örnək ana” modeli kimi xalqa təqdim olunan bu qadın övladlarının adlarını da Hitlerlə əlaqələndirib. Belə ki, Hitlerin adında 6 hərf olduğu üçün sırf 6 uşaq dünyaya gətirib və hər uşağına adın bir hərfini seçərək adlar qoyub.
Hadisəni maraqlı edən Magdanın keçmişdir. Belə ki, Magda vaxtında İsrailinin qurulmasında önəmli rollardan birini oynayan Chaim Arlosoroffla uzun müddət birlikdə yaşayıb. Hitler hakimiyyətə gəldikdən sonra isə ona olan rəğbəti artdığı üçün keçmişini uzun müddət gizli saxlamağa çalışıb. Gənc yaşlarında uzun müddət yahudilərlə birlikdə yaşayan qadın sonradan yahudi düşməninə çevrilib.
Müharibə yaxınlaşdığı üçün keçmişini saxlaya bilməyəcəyini anlayan Magda bunu Hitlerə danışıb. Normalda öldürülməsi gözlənilirkən, Hitler onu bağışlayıb. Gənc yaşda birlikdə olduğu yahudi kişi isə başından vurularaq öldürülüb. Hitlerin də bu qadına qarşı hisslərinin olduğu rəyatlər arasındadır.
Hitler və nasist fəlsəfəsinin olmadığı bir dünyada yaşamağı rədd edən Magda Goebbelsin həyatı bu gün maraqla qarşılanır. Özünü bir prosesə kökləyib, uğrunda 6 uşağının həyatına son qoyan, keçmiş dostların zülmlə özlməsindən zövq alan bu qadın faşizmin qaranlıq üzünün nümunələrindəndir.