Bakı Ağır Cinayətlər Məhkəməsində toyda butulka ilə tanışının boğazını kəsərək onu öldürməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Azər Paşayevin icraatında olan prosesdə Ramikin anası ifadə verərək deyib ki, içkili vəziyyətdə olan oğlu toy gecəsi ağlayaraq evə gəlib və “ana bilərəkdən eləmədim. Dua edirəm ki, İlqara heç nə olmasın” deyib: “Nə olduğunu soruşdum, dedi İlqar onu söyərək namusuna toxunub, o da vurub. Ramik təslim olmaq üçün bölməyə getməyə hazırlaşırdı, elə həmin vaxt polislər gəldi”.
İ.Uluqbəyovun dayısı oğlu və toy sahibi Rahil Məlikov deyib ki, 130 qonaq üçün 250 araq alıb. R.Aydəbəyovun həyat yoldaşı Svetlana deyib ki, İlqarla əri arasında mübahisə pula görə olub: “İlqar ona deyib ki, pulun yoxdusa, o biri şey də yoxdur demək”.
İttihama görə, Qusar rayonunun Xuray kəndində toy zamanı 35 yaşlı R.Aydabəyov 46 yaşlı İ.Ulubəyovla yeyib-içdikdən sonra mübahisə zamanı masanın üzərindəki butulkanı sındırıb qırıntıları ilə onun boyun və baş nahiyəsinə xəsarət yetirib. Damarı kəsilən İ.Ulubəyov çoxlu qanitirmədən ölüb.
mənbə: qafqazinfo
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub