Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz 13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
1
Novruzun ilk çərşənbəsinin tarixi
1154 dəfə oxunub
2
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1154 dəfə oxunub
3
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1135 dəfə oxunub
4
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu
1108 dəfə oxunub
5
Sabah su kəsiləcək - Bu ərazilərdə
1099 dəfə oxunub