Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Azərbaycan Hava Yolları”na məxsus aviareyslərdə bu qanlı qırğına həsr olunan videoçarx nümayiş etdiriləcək.
Mynews.az xəbər verir ki, videoçarx AZAL-ın Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə (AZƏRTAC) birgə layihəsi əsasında həyata keçiriləcək.
Videoçarx ingilis dilində “Azərbaycan Hava Yolları”na məxsus “overhead” tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.
Aksiyanın məqsədi AZAL-a məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Azərbaycanın 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub