Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iqtisadi təhlükəsizlik şöbəsinin əməkdaşlarının “Palmali” şirkətlər qrupunun Rusiya qanadında yoxlamalara başladığı haqqında Rusiya və bəzi yerli KİV-lərdə xəbər dərc edilib.
Guya “Palmali” şirkəti 1,2 milyard rubl civarında vergidən yayınma və maliyyə vəsaitlərinin qeyri-qanuni şəkildə ölkədən çıxarmaqda ittiham olunur və “Palmali”nin Rostov bölməsinin direktoruna qarşı cinayət işi qaldırılıb. Aleksey Mixaelev gəmi daşımaları ilə əldə olunan gəlirlərlə bağlı sənədləri saxtalaşdırmaqda, gəlirlərin gizlədilməsində ittiham olunur.
“Ölkə.Az”-ın məlumatına görə isə “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov yayılan məlumatların sadəcə sifarişli məqalədən ibarət olduğunu bildirib:
“Bu yalan xəbərlərə sadəcə gülürəm. Rusiya hüquqi dövlətdir. Sizin bu çirkin sifarişlərinizin arxasında dayananları da bilirəm”.
M.Mənsimov həmin şəxsləri “oğru” və “yazıq” adlandırıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub