Astma kimi bronxial xəstəlikdən əziyyət çəkənlər bu günlərdə halınız pisləşirsə bu atmosferlə bağlıdır. Çünki, Bakıya toz-duman gəlib. Bəs görəsən tozun səbəbi nədir? Ən əsası isə insan səhhətinə mənfi təsirləri nə ola bilər?
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, dünən gecədən etibarən Bakıda və Abşeron yarımadasında güclü duman müşahidə olunur. Ekologiya və Təbii Sərvərlər Nazirliyinindən verilən məlumata görə əslində bu Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə gələn tozdur. Atmosfer axınları ilə gələn toz Bakıya zəif də olsa, gəlib çatıb.
Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın sözlərinə görə əvvəllər toz-dumanın ölkə ərazisinə daxil olması 5-10 il ərzində 1 dəfə təkrarlanırdısa, artıq il ərzində 2-3 dəfə, bəzən isə 4 dəfə baş verir. Səbəb isə iqlim dəyişkənliyi nəticəsində səhralarda küləklərin, fırtınaların sayının artmasıdır. Fırtınalar zamanı atmosfer qatına qalxan toz, hava axınıyla digər ölkələrin ərazilərinə daxil olur. Tozun qıcıqlanmadan başqa insan səhhətinə ziyanı olmadığı qənaətinə gəlinib.
Hazırda havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyaları yaradılıb. Tozun tərkibi gün ərzində sanitar normadan gah yuxarı gah da aşağı olur. Nazirlik, sabah axşam saatlarından etibarən tozun havada miqdarının norma daxilində olacağını proqnozlaşdırır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub