Millət vəkili Çingiz Qənizadə Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Ç.Qənizadə bildirib ki, ölkənin iri şəhərlərində polis orqanlarında müstəntiqlərinin sayı azdır.
“Araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur. İşlərin sayının çox olması müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Ona görə də bu problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ən azı iri şəhərlərdə polis idarələrin əlavə 3-4 polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var”, - deyə deputat vurğulayıb.
Ç. Qənizadə eyni zamanda, ölkədə dəmiryol sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə əlavə vəsaitin ayrılmasını təklif edib: “Əgər biz gələcəkdə Bakıətrafı dəmiryol sistemini bərpa edib, paytaxtda avtomobil tıxacının qarşısını almaq istəyirksə, o zaman bu sahayə əlavə vəsait ayrımalıyıq. Bu, təkcə paytaxta tıxacın aradan qaldırılması baxımından deyil, eyni zamnda ekoloji cəhətdən effekt verəcək. Bununla belə respublikanın digər dəmiryol sisteminin və parkının yenilənməsi üçün əlavə vəsaitə ehtiyac var”.
Deputat həmçinin bazarda qiymət artımına etiraz edərək, bu sahəyə nəzarətin artırılmasını təklif edib.
Ç. Qənizadə qeyd edib ki, Bakı-Astara dəmiryol xəttinin Lənkəran-Astaradan keçən hissəsinin təqribən 40 km. məsafəsi dənizə çox yaxın keçir ki, bu da turizmin inkişafına mane olur: “Ona görə də gələcəkdə bu yolun dənizdən bir az kənardan keçirilməsi üçün müvafiq dövlət qurumları müəyyən işlər görməlidir”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub