Xalq artisti, məşhur aktyor Rasim Balayevin Türkiyəyə səfəri təxirə salınıb.
Mynews.az-ın xəbərinə görə, bu barədə APA-ya Rasim Balayev özü məlumat verib.
O qeyd edib ki, müalicə üçün müraciət etdiyi həkim yaxın günlərdə Bakıya gələcək:
“Mənə dedilər ki, həmin nevropotoloq iki-üç günə Bakıya gələcək. Əslində belə olmağı yaxşıdır. Yol əziyyətindən azad oldum. Yaşlı, xəstə adamam, yola çıxmaq çətindir. Məni həm də incidən bel və ayaq ağrılarıdır. İsraildə bu xəstəliklər üzrə yaxşı həkim var, o da Bakıya gələcək, onun da qəbuluna yazılacağam”.
R. Balayev əlavə edib ki, müalicə xərcləri dövlət tərəfindən ödənəcək:
“Yəqin ki, böyük xərc olmayacaq. Amma dedilər, bütün problemlərim diqqət mərkəzində olacaq, nə lazımdırsa, edəcəklər”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub