USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sabah hava şəraiti dəyişkən buludlu olacaq

14:50 24.02.2017
Sabah hava şəraiti dəyişkən buludlu olacaq
14:50 24.02.2017

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Mynews.az xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  767  mm civə sütunundan 759  mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 26-sı gündüzdən 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi  gözlənilir.

Azərbaycanın rayonlarında isə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək. 


Xəbər lenti