Paytaxtın bir çox ərazisində elə hündürmərtəbəli binalar var ki, uzun müddətdir tikintisinə başlanılsa da, işlər hələdə yekunlaşdırılmayıb. Bu isə həmin binadan ev almaq üçün ödəniş edən vətəndaşları aldatmaqla yanaşı şəhərin görünüşünə də xələl gətirir. Mütəxəssislər qanunvericilikdə boşluq səbəbindən bu prosesə nəzarətin mümkün olmadığını bildirir.
Mynews.az bildirir ki, belə hündürmərtəbəli binaları paytaxtın müxtəlif ərazilərində görmək mümkündür. Bu isə sözügedən binalardan mənzil almaq üçün ödəniş edənləri çətin vəziyyətdə qoymaqla yanaşı şəhərin görünüşünü də korlayır. Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə buna səbəb qanunvericilikdə boşluğun olmasıdır.
Nüsrət İbrahimov bildirir ki, əslində hər bir tikinti başlanarkən onun ''layihə smeta'' dəyəri hazırlanmalı və orada tikintidə istifadə ediləcək materiallar, texnika, işçi qüvvəsi, başlama və bitmə vaxtı dəqiq göstərilməlidir. Məcburiyyət olmdağından əksər şirkətlər bu sənədi hazırlatdırmır. Amma bir sıra ölkələrdə bu məsələ ilə bağlı uğurlu təcrübə mövcuddur.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura komitəsindən verilən açıqlamaya görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən icazə verildiyi halda tikinti 3 il ərzində başlamırsa onu ləğv etmək mümkündür. Yarımçıq qalmış tikililərin sahibkarları ilə isə yalnız müvafiq icra hakimiyyətlərinin əməkdaşları tərəfindən şifahi formada danışıq aparılır. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub