2018-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlanıb.
Mynews.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında deyib ki, gələn il yazın gəlişi martın 20-si, saat 20:15:30-a təsadüf edəcək.
O bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir: “Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olur. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da bahar fəsli gəlir”.
Rəsədxana rəsmisi qeyd edib ki, 2018-ci ildə yay fəsli ölkəyə iyun ayının 21-i, saat 14:07:18-də daxil olacaq: “Bu zaman ən uzun gün olur. Bu proses 14 saat 43 dəqiqə çəkir. Payız fəsli sentyabrın 23-də, saat 05:54:06-da başlayacaq. Bu halda da gecə-gündüz bərabərliyi baş verir. Buna, adətən, payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Şimal yarımkürəsi üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır”.
X.Mikayılov deyib ki, gələn il Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq: “Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub