Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsi Elmi tərcümə şöbəsində tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə elan edib.
Mynews.az xəbər verir ki, Akademiyadan verilən məlumata görə, müsabiqədə ingilis, rus, alman və fransız dillərində tərcüməçilik təcrübəsi olan ali təhsilli mütəxəssislər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər 10 gün müddətində aşağıdakı sənədləri AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinə (Bakı şəh., İstiqlaliyyət küç., 30) təqdim etməlidirlər:
- tərcümeyi-hal (CV);
- ali təhsil haqqında diplomun surəti;
- elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa);
- şəxsiyyət vəsiqəsinin surəti.
Əlavə məlumat almaq üçün akademiyanın Elm və Təhsil İdarəsinə müraciət etmək mümkündür.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub