Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
Nazirlikdən bildirilib ki, noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Ölkə ərazisində də qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
1
Novruzun ilk çərşənbəsinin tarixi
1154 dəfə oxunub
2
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1154 dəfə oxunub
3
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1135 dəfə oxunub
4
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu
1108 dəfə oxunub
5
Sabah su kəsiləcək - Bu ərazilərdə
1099 dəfə oxunub