"Yaşayış minimumunun hesablanması zamanı müasir metodologiyadan istifadə olunmalıdır. 116 manatlıq ehtiyac meyarı və ya 173 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq olarmı? Təbii ki, olmaz. Bəs neçə gün yaşamaq olar? Bunu bilmək üçün bir dəfə bazara gedib, qiymətlərə baxmaq lazımdır. Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır. Çünki qiymətlər artır”.
Bunu deputat Əli Məsimli parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Deputat ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmamasından narazılıq edib.
"Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını hökumətə təklif edirik. Ehtiyac meyarı yaşayış minimumunun 68% səviyyəsinə enib.
Ehtiyac meyarını ona görə artırmırlar ki, ölkədə ünvanlı sosial yardım alan insanların sayı artacaq. Yaşayış minumumunun qaldırılması əmək haqqının qalxmasına da imkan verəcək”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub