Ötən gecə Azərbaycanda yenidən qar yağıb. Ölkənin şimal rayonları ağ örpəyə bürünüb. Bəzi ərazilərdə qarın qalınlığı 20 sm-ə qədər çatıb. Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə qar yağıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, ən çox yağıntı Quba və Qusar rayonlarında müşahidə edilib. Dağlıq kəndlərlə yanaşı, rayon mərkəzlərində də gecə boyu qar yağıb.
Quba Ərazi Hidrometerologiya idarəsindən verilən məlumata görə, rayon mərkəzi və ətraf kəndlərdə qarın qalınlığı 5 sm-ə qədər olub. Qusarın Ləzə kəndi ərazisində qarın qalınlığı 19 sm olub. Regionda havanın temperaturu bir neçə dərəcə aşağı düşüb, bölgədə 2-8 dərəcə şaxta müşahidə olunub.
Ən çox qar Qubanın Buduq, Qrız, xaltan, xınalıq və Qusarın Ləzə kəndinə yağıb.
Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm olub. Yağıntılı hava şəraitinin noyabr ayının 25-ə dək davam edəcəyi proqnozlaşdırılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub