Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, vəkil Əli Hüseynovun APA-ya açıqlamasında deyib ki, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı ilin sentyabrın 10-da Ələt-Astara yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsində olub. Lənkəranın Boladi kənd sakini Bəxtiyar Quliyevin avtomobili Parakənd qəsəbə sakini Eldar Aslanovun avtomobili ilə toqquşub.
Nəticədə Bəxtiyar Quliyev, onun həyat yoldaşı Əzizə Quliyeva, sərnişinlər - Bahar Bağırova, Nazilə Seyfullayeva və Reyhan Mahmudova ölüblər. Digər sürücü Eldar Aslanov və sərnişinləri Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli və Elvin Mirzəzadə isə xəsarət alıblar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub