Dünən gecədən Vüsal Rzasoy adlı gənc "Müasir Azərbaycan gənci" proqramındakı "Ayə, harya gedirsən, ayə?" ifası ilə sosial medianın gündəminə çevrilib.
Mynews.az Milli.az-a istinadən xəbər verir ki, bu ifa efirə getməsə də, səs-sədası geniş olub. Məsələ ilə bağlı mahnının ifaçısı Vüsal Rzasoy publika.az-a danışıb. O, ifasına belə açıqlama gətirib:
"Bu mahnının belə ləhcədə səslənməsi ona görədir ki, əslində, şəhərdə yaşayan və özlərini daha mədəni sayan insanlar düşünürlər ki, uzaq-ucqar bölgələrdə yaşayanlar arasındakı söhbətlər gülməlidir. Onlar şəhərdəkilər qədər mədəni deyillər. Bu mahnıyla demək istəmişəm ki, onlar yalnış düşünürlər. Mahnıda şəhərlilərin yuxarıdan aşağı baxdığı ərazilərdə iki dost söhbət edir və biri o birindən soruşur ki, hara gedirsən? Onlar, əslində, dərin bir söhbət edirlər. Bu isə özlərini daha "cool" sayan insanlar arasında başa düşülmür.
Niyyətim insanların ləhcəsinə lağ edənləri qınamaq olub. Erman Hessenin "Siddhartha" deyə bir əsəri var. Orada Siddhartha çöllərdə yaşayır və özünü axtarmaqla məşğul olur. Bu, çox böyük bir fəlsəfədir. Mahnıdakı ləhcə ilə söhbət edən dostlardan birində də bu baş verir. O, fəlsəfə ilə məşğul olan gənc başqaları tərəfindən lağ hədəfinə çevrilir. Onu başa düşmür və ona gülürlər".
Vüsal Rzasoy bu addımı hansı səbəblə atdığı barədə isə məlumat vermək istəməyib: "Niyə bu addımı atdım, bu barədə heç bir açıqlama verməyəcəm".
Qeyd edək ki, Vüsal Rzasoy eyni zamanda Pantomima Teatrında çalışır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub