Əli Həsənovun nəvəsi məhkəmə qarşısında - YENİLƏNİB

Prosesdə zərərçəkmiş Türkiyə vətəndaşları - Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub.
Mynews.az Report-a istinadən xəbər verir ki, daha sonra hadisə zamanı dünyasını dəyişən şəxslərin hüquqi varisləri Rauf Səmədov, Ramiz Əsədov, Adil Ocaqverdiyev və Ülviyyə Əliyevanın iclasda iştirak etdiyi açıqlanıb.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, N.Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. O bildirib ki, evlidir, ali təhsillidir, əvvəllər məhkumluq həyatı yaşamayıb, həbs olunana qədər işləməyib və hərbi xidmətdə olmayıb.
N.Allahverdiyevin vəkilləri iclasda heç bir vəsatət vermək istəmədiklərini söyləyib.
Məhkəmənin baxış iclası dekabrın 1-nə təyin edilib.
***
11:00
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda "Gelandawagen” markalı avtomobillə qəza törətmiş baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən proses hazırda davam edir.
N.Allahverdiyev məhkəmə iclası keçirilən zala qolu qandallı gətirilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyevprospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.
Cəmiyyət
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə...
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
- Əhaliyə xəbərdarlıq edildi - Azərbaycanda qış sərt keçəcək
- Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək
- Şamaxıda Üzüm və Şərab Festivalı keçirilib
- Azərbaycanlı rəssam faciəvi şəkildə öldü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 972 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 962 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 930 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 554 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 196 dəfə oxunub