Metbuat.az-ın “İşimiz işdir” layihəsində sosial mediada səsi ilə insanların marağına səbəb olan azərbaycanlı fəhlə Elnur Əliyevdən bəhs edilib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Elnur Əliyev 1987-ci ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsillidir və hazırda tikinti şirkətlərinin birində fəhlə işləyir. Səsinin yaxşı olmasına baxmayaraq, maddi çatışmazlıq səbəbilə musiqi təhsili ala bilməyib. Yaxın qohumlarının şad günlərində və fəhlə kimi işlədiyi tikinti obyektlərində oxuya bilib. O, dəyərli incəsənət xadimlərindən dərs almaq istədiyini bildirir.
Azərbaycanlı çoban Pərvin Səfərovun sosial şəbkədə yayılan videosundan sonra Türkiyə kanalarından birində yayımlanan “O səs Türkiyə” yarışmasına dəvət alması Elnuru daha da həvəsləndirib. Elnur təklif olarsa, istedadını sərgiləmək üçün Türkiyə getmək istədiyini bildirir.
O, ən böyük arzusunun Azərbaycan Milli Konservatoriyanı bitirmək olduğunu deyir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub