Azərbaycanda uşaqlar arasında xərçəng xəstəliyi artıb.
Mynews.az Modern.az-a istinadən xəbər verir ki, ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub ki, bunlardan 5235 nəfərini kişilər, 5572 nəfərini qadınlar təşkil edib.
İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onlardan da 38 nəfəri oğlan, 46 nəfəri qız uşaqlarıdır.
2015-ci ildə 10183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Həmin il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlardır.
2014-cü ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan 9543 nəfərdən 81 nəfərini 13 yaşadək uşaqlar təşkil edib.
2013-cü ildə 92 uşağa, 2012-ci ildə 73 uşağa, 2011-ci ildə 71 uşağa, 2010-cu ildə 65 uşağa bədxassəli şiş diaqnozu qoyulub.
Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları da artıb.
Belə ki, 2015-ci ildə əhalinin hər 100 000 nəfərinin 106,9 nəfərinə, 2016-cı ildə isə 112,1 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.
1
Novruzun ilk çərşənbəsinin tarixi
1154 dəfə oxunub
2
"Qurban Qurbanovun davranışını mən təkrarlaya bilməzdim"
1154 dəfə oxunub
3
Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO
1135 dəfə oxunub
4
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu
1108 dəfə oxunub
5
Sabah su kəsiləcək - Bu ərazilərdə
1099 dəfə oxunub