Azərbaycanda pasportun itirilməsi və qəsdən korlanması "Pasport haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunların tələblərini pozmağa görə məsuliyyət yaratmayacaq.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı həmin qanunların müvafiq maddələrində pasportun və şəxsiyyət vəsiqəsinin itirilməsi, eləcə də qəsdən korlanması sözlərinin çıxarılması təklif olunur.
"Dövlət rüsumu haqqında" qanunda Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının, eləcə də Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi ilə korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum dərəcələrinin müəyyən edilməsi nəzərdə tutulub. Müvafiq dəyişikliklərin əsas məqsədi dövlət xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.
Qanun layihələri Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub