Tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin məhdudlaşdırılması qaydalarını pozanlara qarşı cəzalar ağırlaşdırılır.
Mynews.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 212.2-ci, 522-ci və daha bir neçə maddələrinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
Dəyişikliklərə əsasən, tütündən istifadənin qadağan olunduğu yerlərdə, o cümlədən tütündən istifadə ilə bağlı təşkilatlar qarşısında qoyulan şərtlərlə bağlı yeni cərimə cəzaları təklif olunur.
Cəzalar 250 manatdan 1000 manata qədər cərimələri əhatə edir.
Qeyd edək ki, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsindən irəli gələrək İnzibati Xətalar Məcəlləsinə bu ilin iyun ayının 5-də komitələrin birgə iclasında əlavə və dəyişikliklər qəbul olunaraq plenar iclasa tövsiyə olunub.
Hazırkı dəyişikliklər ötən sessiya komitələrin birgə iclaslarında irəli sürülən cərimələrə əlavə və dəyişikliklərdir. Tütün məmulatları ilə bağlı məcəlləyə edilən bütün dəyişikliklərin sessiyanın sonunadək müzakirəyə çıxarılması gözlənilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub