Bakıda şagirdlər arasında biabırçı sorğu - Valideynlər etiraz etdi (FOTOFAKT)
![](https://img.mynews.az/news/2017/11/photo_32270.jpg)
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda 5 məktəbdə şagirdlər arasında keçirilən sorğu bəzi valideyinlərin narahatlığına səbəb olub.
Mynews.az unikal.org-a istinadən xəbər verir ki, valideyinlər məktəblərdə keçirilən sorğunun daha çox marketinq funksiyası daşıdığını və bəzi sulların isə orta məktəb şagirdlərinə uyğun olmadığını iddia ediblər.
Həmin sorğudakı sualların bəzilərini təqdim edirik:
- Övladınız busqalter geyinibmi?
- Aybaşı olmusunuzmu?
- Xəstələnəndə ən çox hansı dərmanlardan istifadə edirsiniz? və.s...
Anketdə sırf səhiyyə ilə bağlı suallar ünvanlanıb. Təhsillə əlaqədar isə heç bir sual qeyd edilməyib. Sözügedən anketlər şagirdlərə təqdim edilib. Bildirilib ki, valideynlər suallarla tanış olduqdan sonra, gəlib məktəbdə cavablandırmalıdırlar. Bu da bəzi valideynlərin narahatçılığına səbəb olub.
Sorğunun keçirildiyi yerlərdən biri də Yasamal rayonunda yerləşən Telman Abbasov adına 225№-li tam orta məktəbdir.
Məktəbin direktoru Sevda Eminova açıqlamasında bildirib ki, sözügedən sorğu Bakı şəhəri üzrə Təhsil İdarəsinin göstərişi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
"Bizim məktəbdə 60 şagird arasında bu sorğu keçirilir. Sorğu 11-12, 15-16 yaşlı şagirdlər arasında baş tutacaq. Sorğudan sonra şagirdlər noyabr ayının 28-i, həftənin 2-ci günü həkimlərin müayinəsindən də keçəcəklər. Məqsəd uşaqların sağlamlığını yoxlamaqdır”.
Sorğuda ünvanlanan bəzi suallara gəldikdə isə Sevda Eminova vurğulayıb ki, bu barədə daha ətraflı Səhiyyə Nazirliyinin müvafiq qurumu və rayon poliklinikası aydınlıq gətirə bilər: "Bəzi sualları özüm də anlaya bilmirəm. Yaxşı olar ki, bu sualları təşkilatçıların özləri açıqlasınlar. Hər halda, bu sorğu məktəbimizə gəlməzdən əvvəl müvafiq qurumların süzgəcindən keçib”.
Həmin layihənin təşkilatçıları və Səhiyyə Nazirliyinin nümayəndələri Nərmin və İnara adlı xanımlar suala belə cavab verib:
"Tədbir, Bakının 5 məktəbində 60 şagird arasında Dövlət Proqramı çərçivəsində Səhiyyə və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, Moskvadan gələn bir qrup professor həkimlər tərəfindən keçirilir. Burada qəbahət bir şey yoxdur. Sorğudan sonra həkimlər şagirdləri müayinə edəcək və bundan sonra nəticələri valideyinlərə təqdim edəcəklər. Müayinəni valideynlər istəsə müdaxilə etməmək şərti ilə, kənardan gəlib izləyə bilərlər”.
Onlar anketdəki bəzi sualların valideynlərin narahatlıq yaratmasına da münasibət bildirib: "Sözügedən anket Rusiyadan bizə göndərilib. Bəzi valideynlər rus dilini başa düşmədiyi üçün Azərbaycan dilində də tərcümə etmişik. Suallarda isə qəbahət heç nə yoxdur”.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov sorğu göndərməyi tövsiyyə edib. Bildirib ki, sorğu göndərildikdən sonra məsələ ilə bağlı araşdırma aparılıb, onlara ünvanlanan suallar cavablandırılacaq.
Cəmiyyət
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da...
- Ramil Səfərovun xanımı deputatlığa namizəd olur
- Xalq artisti oğlunu əsgərliyə yola saldı - Təzə evlənmişdi... - FOTO
- Azərbaycanda qadınların pensiya yaşı ARTIRILDI
- Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA
- Sabahdan Aİ 95 ucuzlaşır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq" 998 dəfə oxunub
- Qarabağa getmək istəyənlərin nəzərinə! - Sabah saat 11:00-da... 995 dəfə oxunub
- “Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR 994 dəfə oxunub
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq 967 dəfə oxunub
- Ağadadaş Ağayev "Xalq artisti" adından məhrum edilə bilər? 962 dəfə oxunub