Bakının Nərimanov rayonunda yeraltı piyada keçidindən istifadə etməyən kişini iki avtomobil vuraraq öldürüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə 40-45 yaşlı kişinin Heydər Əliyev prospektində yeraltı piyada keçidinə məhəl qoymayaraq avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yoldan keçmək istədiyi zaman baş verib.
Onu əvvəlcə “10-NZ-777” dövlət qeydiyyat nişanlı avtomobil sağ hissəsi ilə vurub. Markası məlum olmayan digər avtomobil isə yerə yıxılan piyadanı vuraraq öldürüb. Hadisəni törədən ikinci avtomobil qəza yerindən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılıb.
Meyit ölənin şəxsiyyətini müəyyənləşdirmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub