Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.
Mynews.az-ın xəbərinə görə, bu barədə AzVision.az-a girovun bacısı İradə Quliyeva məlumat verib.
“Bir müddət öncə qardaşım məktubunda xəstə olduğunu və xəstəxanada müalicə aldığını qeyd etmişdi. Bu yaxınlarda isə qardaşımdan yeni məktub aldıq. Məktubda Şahbaz səhhətinin normallaşdığını, müalicəsinin bitdiyini yazıb. O, həmçinin məktubda hər kəsə salam göndərib. Yazıb ki, mənə görə narahat olmayın. Şahbaz həm də həyat yoldaşı və qızı Elzaya da məktub yazıb”, - deyə İradə Quliyeva bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub