Məşhur aktrisa Meltem Cumbulun Beynəlxalq Adana Film Festivalında mükafat verərkən salamlaşmadığı rejissor Semih Kaplanoğlunun yeni filminin premyerası olub.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Buğday” adlı ekran işinin təqdimatında Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan, birinci xanım Əminə Ərdoğan, baş nazir Binali Yıldırım və xanımı Semiha Yıldırım iştirak edib.
Səhnədə rejissorun anasının əlini öpən Ərdoğan aktrisa Meltem Cumbulu da tənqid edib:
"Əlbəttə həddini bilməyən, keyfiyyəti həzm etməyən, nəzakət qaydalarını pozan şəxslər var. Bunlara ən gözəl cavab isə sevgini qorumaqdır. İşini ən gözəl və keyfiyyətli şəkildə təqdim emtəkdir”.
Qeyd edək ki, Cumbul Semih Kaplanoğluya səhnədə mükafat verərkən salamlaşmamış, rejissorun ona uzatdığı əli geri çevirmişdi.





1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub