Bunu Milli Məclisin deputatı Fazil Mustafa “Pontominm” teatrının aktyoru Vüsal Rzasoyun AzTV-də yayımlanan “Müasir Azərbaycan Gəncliyi” verilişindəki “Ayə, harayə gedirsən ayə?” adlı mahnısına münasibətində deyib. Onun sözlərinə görə, Vüsal Rzasoy ifası ilə indiki cəmiyyətin arzuladığı gəncliyin obrazındakı fərqi göstərib:
“Müasir Azərbaycan gənci... Adam AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm. Başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm. Ancaq "ayə, harayə gedisən, ayə" ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanov qafası ilə AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya "hara gedir e...." Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”
Qeyd edək ki, AzTV-nin efirində yayımlanan “Müasir Azərbaycan Gəncliyi” verilişinə qonaq olan Vüsal Rzasoyun ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İfaçının proqramda “Ayə, harayə gedirsən ayə?” çıxışı studiyada əyləşən qonaq və aparıcının təəccübünə səbəb olub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub