Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal Paşayev küçəsində sabahdan yenidənqurma işlərinə başlanılacaq.
“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılır.
“Bu səbəbdən bu gecədən etibarən ( 25.11-26.11.2017) yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun yalnız bir hərəkət istiqaməti üzrə təqribən 75-80 metrlik hissəsini əhatə edəcək. Hərəkət digər istiqamət üzrə ikitərəfli olaraq təmin olunacaq.
Sözügedən işlər yol boyu həyata keçiriləcək. Bu müddət ərzində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunmaqla yolda hissə-hissə məhdudlaşdırmalar tətbiq ediləcək. Yüksək gərginlikli elektrik xətlərinin yerin altına keçirilməsi bitdikdən sonra küçənin "Azəravtoyol" ASC tərəfindən təmirinə başlanılacaq.
Sürücülərdən Mir Cəlal küçəsində aparılan yenidənqurma işlərini nəzərə alaraq diqqətli olmaları xahiş olunur.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub