Sosial şəbəkə profili və ya elektron poçt ünvanı üçün parol seçərkən diqqətli olmaq lazımdır. Sadə parol şəxsi məlumatların oğurlanması ilə nəticələnə bilər. Mütəxəssislərin, çətin tapılan parolun seçilmə qaydaları ilə bağlı məsləhətləri var.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, seçdiyiniz sadə parol şəxsi məlumatlarınızın oğurlanmasına səbəb ola bilər...
"Google" şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın nəticələrini açıqlayıb. 2016-cı ildə 1 milyard 500 milyona yaxın login, parol və digər fərdi istifadəçi məlumatları kibercinayətkarların əlinə keçib. Əksər məlumat sızması isə sadə parol qoyan istifadəçilərin payına düşüb.
Ən populyar təhlükəli parol cinayətkarlar tərəfindən 6 milyon dəfədən çox tapılan "123456" olub. İkinci yeri ingiliscə parol mənasını verən "passvord" sözü tutub. Üçüncü ən asan tapılan parol isə 1-dən 9-dək olan rəqəmlərin kombinasiyası olub. Sakinlər də əsasən sadə parollar qoyduğunu bildirirlər.
Mütəxəssislər də bildirirlər ki, hər kəsin istifadə etdiyi standart parollar və şəxsin özünə aid olan məlumatlardan təşkil edilən parollar ən təhlükəlililər sırasında yer alır.
Mobil nömrələr və avtomobilin qeydiyyat nişanı nömrələri də ən asan təxmin edilən parollardandır. Rövşən Əkbərov deyir ki, seçilən parol heç bir xüsusi məna kəsb etməməlidir və nisbətən çətin hərf-rəqəm cütlüyündən ibarət olmalıdır.
Bu cür parolların xüsusi sistemlər və proqramlar vasitəsilə tapılma ehtimalı da çox azdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub