"Outlet" mağazasında köhnə, yuyulmuş mallar satılır. Mynews.az xəbər verir ki, bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyub Hüseynov məlumat yayıb.
Ekspert bildirib ki, Bakı şəhəri Xətai rayon sakini K. Əhmədov(istehlakçı adının və telefonunun verilməməsini xahiş edib) ərizə yazaraq onlara şəhərdəki mağazalardan birindən şikayətini bildirmişdi. Belə ki, istehlakçı Xətai rayonu M. Hadi küçəsi 55 ünvanında yerləşən "Outlet” mağazasından 88 AZN ödəyərək 2 gödəkçə aldığını deyir. Lakin evə apardıqdan sonra gödəkçənin geyinilmiş, köhnə mal olduğunu gördüyünü və geri qaytarmaq üçün mağazaya getdiyini bildirir. Mağazanın satıcısı gödəkçənin həqiqətən də köhnə olduğunu etiraf etsə də, onu qaytarmaqdan imtina edib. AİİB bu şikayəti mediasiya yolu ilə həll edə bilmədiyi üçün İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi xidmətinə rəsmi müraciət ünvanlayıb.
AİİB istehlakçılara müraciət edərək, diqqətli olmağa çağırıb: "Hörmətli istehlakçılar, diqqətli olun, sizi hər yerdə aldatmağa cəhd göstərirlər".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub