Azərbaycanlı biznesmen Telman İsmayılovun Antalyadakı "Mardan Palace" oteli təmir edilir. Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 1 ildə oğurluq, su kəsilməsi və məhkəmə qərarı ilə bağlanılması kimi iddialarla gündəmə gələn "Mardan Palace"ın 10 milyon dollarlıq təmirdən sonra hind toyu ilə mövsümü açmağa hazırlaşdığı bildirilir. Hotelin icraçı direktoru Selçuk Şentepemətbuata açıqlamasında hotelin 2018-ci ilin martında tam təmirli şəkildə təhvil veriləcəyini bildirib: "Hazırda təmir işləri gedir. Qismət olsa, 2018-ci ilin martında daha dinamik şəkildə müştərilərimizə xidmət göstərməkdə davam edəcəyik". İcraçı direktor hovuzun, otaqların, restoranların, xidmət sahələrinin və internet sisteminin yenidən qurulacağını deyib. O, hazırda otelin işıqları kəsilsə də, generatorlardan istifadə etdiklərini diqqətə çatdırıb. Otelin borc məsələsinə də münasibət bildirən Selçuk Şentepe bu barədə dəyərləndirmələr apardıqlarını söyləyib: "Hazırda otelin borclarını yenidən gözdən keçiririk. 2018-ci il yay mövsümü ilə əlaqədar turizm şirkətləri ilə danışıqlar aparılır. Bu məsələdə problemimiz yoxdur. Hamısı bizim tərəf müqabillərimizdir. Yeni mövsümü hind toyu ilə açacağıq. Büdcəsi təxminən 10-15 milyon dollardır". Qeyd edək ki, azərbaycanlı biznesmen Telman İsmayılov tərəfindən 1,4 milyard dollar sərmayə ilə tikilən otel 2010-cu ildə "Dünyanın ən lüks oteli" seçilimiş və maliyyə problemləri səbəbindən banklardan biri tərəfindən alınmışdı.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub