USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

Keçmiş millət vəkili Pərvini biabır etdi "Pərvinkimilər hər ölkədə var"

Sabiq millət vəkili Gülər Əhmədova tanınmış aktrisa Pərvin Abıyevanı tənqid edənlər sırasına qoşulub.

23:55 26.11.2017
Keçmiş millət vəkili Pərvini biabır etdi "Pərvinkimilər hər ölkədə var"
23:55 26.11.2017

Xanım Əhmədova qəzəbini belə biruzə verib: 

"Bu pərvinlər göydən düşmür, onlar bütün dünyada və ölkələrdə var. Bu əyalət pərvinlərinin böyük meqapolislərdə yaşadıqları "uğur" eyforiyasının xarakterik xüsusiyyətləridir. Əgər zamanında bu pərvinləri öz xalqı, milli mənsubiyyəti, dili, mədəniyyəti, adət-ənənləri ilə fəxr etməyi öyrətsəydik, o da osmanlı kultu qarşısında əyilib əzilməzdi. Əslində, o özü də hiss etmədən böyüdüyünü düşündüyü vaxtda "Hürriyət" yazarı tərəfindən çox pis əzilir, kiçildilir. Əlbəttə ki, o bunu çox az müddətdən sonra heyran olduğu şəhərdə heyran olduğu şəxslər tərəfindən hiss edəcək və eşidəcək. Amma, maləsəf ( türkün sözu) sonrakı peşmançılıq fayda verməyəcək. 

P.S. "Москва слезам не верит" filmi yadınızdadır. Əyalətdən Moskvaya gələn qızların ( лимитчица) həyatı...".


Xəbər lenti