Bakıda yeni fırıldaqçılar peyda olub.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Metbuat.az-a paytaxtda fəaliyyət göstərən geyim mağazalarından birinin sahibi deyib.
Adının açıqlanmasını istəməyən mağaza sahibi bildirib ki, müştəri adı ilə mağazaya daxil olan fırıldaqçılar müxtəlif qiymətlərdə olan iki geyimi (Məsələn, 2 şalvar, 2 köynək) seçdikdən sonra geyim otağına daxil olur. Burada oxşar məhsulların etiketlərinin üzərində yerləşən barkodlar dəyişdirildikdən sonra kassaya yaxınlaşır. Məhsulun qiymətindən xəbərsiz işçi isə “müştəriyə” kompüterdə çıxan qiyməti deyir. Fırıldaqçı bahalı məhsulu ucuz qiymətə aldıqdan sonra mağazadan uzaqlaşır.
Mağaza sahibi bu cür fırıldaqçılardan qorunmaq üçün satıcıları diqqətli olmağa çağırır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub