Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub