Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən Mynews.az-a verilən məlumata görə, noyabrın 24-də Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb.
İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucularının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub