Goranboyun Nadirkənd qəbiristanlığında bir gənc qəribə hadisə ilə üzləşib. Kənd sakini Elnur Səmədov torpaqdan bükülü formada üzəri işarələnmiş iki qadın şəkli və müxtəlif yazılar olan kağızlar tapıb. Din xadimlərindən bunun cadu olduğunu öyrənən vətəndaş şəkillərin kimə aid olduğunu taparaq sahibinə bu barədə məlumat vermək istəyir.
Xezerxeber.az-ın məlumatına görə, tapılan fotoşəkillərin üzəri qəribə işarələrlə qaralanıb. Kağıza isə ərəb-fars əlifbasına bənzər qrafika ilə müxtəlif yazılar yazılıb.
Bu fotoşəkillər və kağız parçaları bükülərək qəbiristanlıqda torpağa basdırılıb.
Elnur Səmədov dünyasını dəyişmiş yaxınının məzarını hazırlayarkən digər qəbirin yanında torpağa basdırılan bükülü tapıb. Bükülünün içindən iki qadın şəkli və üzərində müxtəlif yazılar olan kağızlar çıxıb.
Kənd sakini şəkilləri qohum və qonşularına göstərsə də, onları tanıyan olmayıb.
O, yazıların oxunması üçün din xadimlərinə müraciət edib, lakin ona bu yazıların bir məna ifadə etmədiyi, bükülünün isə caduya bənzədiyi deyilib.
İndi Elnur Səmədov fotoşəkillərin kimlərə məxsus olduğunu axtarır. Bunun üçün şəkildəki şəxsləri tanıyanlardan ona müraciət etmələrini xahiş edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub