Bakıda sərnişin avtobusu ruhi-əsəb xəstəliyindən əziyyət çəkən qadını vuraraq öldürüb.
Mynews.az "Report"a istinadən bildirir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Binəqədi rayonunda baş verib.
Belə ki, Azadlıq prospekti ilə Əlövsət Quliyev küçəsinin kəsişməsində, piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçən təxminən 45-50 yaşlı Bahar adlı qadını işıforun yaşıl işığında hərəkət edən 165 nömrəli sərnişin avtobusu vurub. Avtobusun sürücüsü Balagözov Vaqif Həmzə oğlunun "Report"a verdiyi məlumata görə, piyada qadın qulaqcıqdan istifadə edirmiş. O, qəfildən yola çıxıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub