Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 298 qida zəhərlənməsi baş verib.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 506 nəfər zərər çəkib.
Yanvar-oktyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib.
Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.
Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkmişdi. Ötən ilin 10 ayı ərzində 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb, 1 nəfər dünyasını dəyişib. Bu il 506 nəfər yeməkdən zəhərlənib, onlardan da 3 nəfəri ölüb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub