İnsan alverində təqsirləndirilənlər məhkəməyə çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il ərzində milliyyətcə rusəsilli Azərbaycan vətəndaşlarını məcburi əməklə istismar etməkdə və insan alverində təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Bizimyol.info xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, zərərçəkmişlərdən biri Aleksandr Kolesnikov psixi xəstədir və məhkəmədə iştirak edə bilmir. Onu məhkəmədə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Quliyev təmsil edəcək.
Digər zərərçəkmiş İqor Kolesnikov isə məhkəmədə iştirak edib. Onun hazırda insan alveri qurbanları ilə bağlı olan düşərgədə yaşadığı qeyd edilib.
Zərərçəkmişin vəkili iclasın qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırsa da, təmin edilməyib.
Məhkəmənin baxış iclası dekabrın 5-nə təyin edilib.
Təqsirləndirilən T.Rzayev və onun qardaşı oğlu V.Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Abşeron rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hər iki şəxs barəsində “polis nəzarəti” qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham olunur.
1
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
292 dəfə oxunub
2
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan açıqlama
278 dəfə oxunub
3
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
274 dəfə oxunub
4
Sabirabadda uşaq ölü doğuldu
253 dəfə oxunub
5
Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən - Cəzaya etiraz etdi
247 dəfə oxunub