Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünü bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən həmkarı Rövşən Hüseynova cəza istənilib.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R.Hüseynovun 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 1-də davam etdiriləcək.
Hadisə "Koroğlu" metrostansiyasının qarşısında baş verib. Başqa ərazidə taksi fəaliyyəti ilə məşğul olan R.Hüseynovun axşam evə gedən zaman metro stansiyanın qarşısından Mərdakəna 1 manata müştəri götürməsi T. Daşdəmirova xoş gəlməyib və bunun düzgün olmadığını deyib. T.Daşdəmirov R.Hüseynovun maşınında olan müştəriləri düşürtmək istəyib. Taksi sürücüsü R.Hüseynov həmkarı Tahir Daşdəmirovla mübahisə edib və onu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən T.Daşdəmirovun həyatını xilas etmək mümkün olub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub