Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə tanınmış yazıçı publisist, siyasi analitik Tahir Cəfərlinin Qarabağ bəyləri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
N.Şəmsizadə ölkə.az-a açıqlamasında Tahir Cəfərlinin yalan fikirlər söylədiyini deyib:
“Mən nə Ayaz Mütəllibov, nə də onun köməkçisinin söylədiyi fikirlər haqqında danışmaq istəmirəm. Axı onlar kimdir ki, mən onlardan danışım? Ciddi məsələlərdən danışmaq lazımdır. Tahir Cəfərlinin Qarabağ bəyləri haqqında söylədiyi fikirlər də tamamilə yalandır. Ümumiyyətlə, bu çox yersiz söhbətdir”.
Professor sözügedən məsələnin tarixi köklərinin tamam ayrı məsələlərdən ibarət olduğunu söyləyib:
“Bu məsələnin tarixi tamam ayrı cürdür. Vaxtilə ermənilər Rusiyanın razılığı ilə İrandan türk torpaqlarına köçürülüb. Ermənilər Qarabağa qaçqın kimi köçürülüblər. Daha orada qalmaq və Qarabağ bəyləri ilə tanış olmaq üçün deyil. Qarabağ bəyləri ilə bağlı bu cür alçaldıcı fikirlər söyləmək yersizdir. Azərbaycanın qızlarına nə gəlmişdi ki, Qarabağ bəyləri erməni qızlarına meyl salırdılar? Doğrudur, erməni qadınlarından bir çox hakimiyyətlər istifadə ediblər. Ancaq bu xüsusi əhəmiyyət kəsb edən proses olmayıb. Tarixi prosesləri təkcə erməni qadınlarına bağlamaq doğru deyil”.
Xatırladaq ki, Tahir Cəfərli müsahibəsində erməniləri Azərbaycana eyş-işrət həyat tərzi sürən Qarabağ bəylərinin gətirdiyini iddia edib:
“Vaxtilə erməniləri Azərbaycan ərazilərində eyş-işrət həyatı sürən Qarabağ bəyləri saxlayıb, himayə edib. Erməni qadınlarının açıq-saçıq həyat tərzi XVII əsrdə mövcud olan Qarabağ bəylərini ovsunlamışdı. Ona görə də Qarabağ bəyləri erməni qızlarının açıq-saçıqlığını görüb, onların Azərbaycanda qalması üçün az qala yalvarırdılar”.

1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub