Şəmkir sakini, 35 yaşlı Elçin Məmmədov bu ilin avqust ayında paytaxtın Qaradağ rayon sakini, 28 yaşlı Şahnaz Cavadova ilə ailə həyatı qurub.
Mynews.az-ın Xəzər TV-yə istinadən məlumat verir ki, 1-ci qrup əlil olan Elçinin sözlərinə görə, onlar Şəmkirdə yaşayıblar və bu vaxta kimi aralarında heç bir problem olmayıb.
İki gün əvvəl isə qadının atası evinə qonaq gediblər. Axşam saatlarında Şahnaz Cavadova qonşu qadınla görüşmək üçün evdən çıxıb və geri qayıtmayıb. Yaxınları da narahat olaraq onun axtarışına başlayıblar.
Qadının yaxınları həmin gecə “102” qaynar xətti vasitəsilə polisə də məlumat veriblər. Elçin Məmmədov deyir ki, Şahnazla aralarında heç bir mübahisə olmayıb.
Elçin həyat yoldaşının tapılmasını və onunla birlikdə öz evlərinə qayıtmaq istədiyini bildirir.
Məsələ ilə bağlı Qaradağ rayon polis idarəsinin 11-ci polis bölməsindən bildirilib ki, Şahnaz Cavadovanın itməsi ilə bağlı iki gün əvvəl müraciət daxil olub. Lazımi prosedurlar həyata keçirilib və axtarışlar davam etdirilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub