"Artıq mən intihar həddinə çatmışam"
Balaca Mehriban Dilarə Xəlilovanın ilk və yeganə övladıdır. Ancaq 4 aylıq Mehribanın Gəncə Müalicə Diaqnostika Mərkəzində başqa uşaqla səhv düşdüyünü deyirlər.
"Guya xəstəxanada qarışıqlıq olub, Lalə adlı qadının evindən mənim adım yazılmış "birka" tapılıb. Həmin "birka"nı klinikaya gətirib ki, burda mənim uşağım dəyişik düşüb. Təbii ki, mən bunlara inanmadım. Guya bu dəyişiklik sentyabrın 18-də, o, xəstəxanadan çıxan gün olub. Mən baş həkim Şamil Bədəlova zəng vurub bunun mümkün olmadığını söylədim. Şəkilləri də sübut olaraq göndərdim ki, mənim yanıma ayın 16-da hansı uşaq qoyulubsa, o uşaq da mənim evimdədir".(meydan.tv)