Sosial şəbəkələrdə Aygün adlı xanımın etdiyi paylaşımı etirazlara səbəb olub.
AZXEBER.COM-un məlumatına görə, adıçəkilən xanım rəsmi səhifəsində fiziki məhdudiyyətli şagirdləri təhqir edib, onları aşağılayan ifadələr səsləndirib:
"Qüsurlu uşaqlarla işləməyin ən pis tərəfi odur ki, ağzına gələni deyir, hətta söyüş söyür, vurub ağzını qıra bilmirsən. Adı üstündə – qüsurlu. Partlaya-partlaya qalırsan”.
İstifadəçi daha sonra yazıb: "Bir debil şagirdim var, gəlir-gedir söyür məni. Nəslim bu qədər söyülməmişdi mənim. Adı üstündə "debil" nə deyəsən"
Sosial şəbəkədə yayılan məlumata görə, Aygün xanımın Lənkəran şəhəri Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzində loqoped kimi çalışır.
Şirkətin Lənkəran nümayəndəliyindən AZXEBER.COM-a bildirilib ki, Aygün adlı xanım əvvəllər "Loqos"da çalışıb, hazırda isə Lənkəranda internat evlərinin birində işləyir. Onun nə paylaşdığı haqda məlumatımız yoxdur.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub