Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina" adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin İnformasiya şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Lent.az-a bildirib ki, 76 saylı orta məktəbin rəhbərliyi məsələ ilə bağlı polisə və Bakı şəhər Təhsil İdarəsinə müraciət edib: "Polis əməkdaşları müvafiq araşdırmalar aparıb, həmin məktəblilərlə söhbət edilib. Məlum olub ki, şagirdlər adı qeyd olunan internet oyunundan istifadə etməyib".
DİN rəsmisi əlavə edib ki, polis əməkdaşları vaxtaşırı olaraq məktəblərdə şagirdlərlə görüşərək onlarla söhbətlər aparır.
Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Bu ilin oktyabr ayının 15-də Şamaxıda 16 yaşlı məktəblinin "Mavi balina" oynadıqdan sonra intihar etməsi ilə bağlı iddialardan sonra məsələ daha çox narahatlıq yaratmağa başlayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub