AZTV-nin operatoru Babayev Bəxtiyara heç bir cəriməsi olmadığı halda Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq məktubu alıb.
Mynews.az-ın məlumatın agörə, bu barədə RePost.Az-a hazırda Rusiyada olan Bəxtiyar Babyev özü məlumat verib. Onun sözlərinə görə, avtomobili olmadığı halda DYP-dən ödənməmiş cəriməsi olduğuna dair Bakıda qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubu gəlib.
Məktubda bildirilir ki, guya onun iştirakı ilə 08.07.2017-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə İXP 1115671 saylı inzibati xəta haqqında qərar qəbul edilib. Lakin 3 ay müddətində cərimə ödənilmədiyindən barəsində 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum etmə qərarı qəbul edilə bilər.
Bəxtiyar Babayev onun iştirak ilə belə bir qərar qəbul edilmədiyini bildirib. Bundan əlavə o, Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsin rəisi Nüşrəvan Cəfərovun imzası ilə daxil xəbərdarlıq məktubuna protokol əlavə edilmədiyini deyib. Eyni zamanda cərimənin məbləği də qaranlıq qalır. Daxili İşlər Nazirliyinin saytında və elektron kabinetində isə ödənilməmiş cəriməsinin olmadığı bildirilir.
Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsin icitimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov deyib ki, Bəxtiyar Babyev idarəyə rəsmi müraciət etməlidir. Ondan sonra məsələ araşdırılacaq və yanlışlıq olubsa aradan qaldırılacaq.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub