Tovuz rayonunda ərinin işləməməsindən şikayətçi olan qadın ARB TV-də yayımlanan "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinə müraciət edib.
Qadın aparıcı ilə müsahibəsində bildirib ki, belə getsə ərini evdən qovacaq.
"İşləmir ancaq evdə yatır. Dalaşıram ki, belə olmaz. Deyir neyniyim atam yox, anam yox. Hamı işləyir. Axşamlar hamının yoldaşı evə gəlir, mənim ərim isə evdə yatır".
Qeyd edək ki, ailənin taleyi haqqında məlumat verilişin növbəti buraxılışında efirə gedəcək.
Xatırladaq ki, bir müddət əvvəl verilişin Gəncədə çəkiliş apardığı zaman maraqlı məqam ortaya çıxıb. Belə ki, ərindən boşanaraq başqası ilə ailə quran qadın keçmiş ərini hamamda saxladığı bildirilib. Əlil olan kişinin pensiya kartını alan qadın onu ancaq yeməklə təmin edib. Bu barədə verilişə acınacaqlı durumda yaşayan kişinin qardaşı məlumat verib.