Evinizdə bu gülü saxlayırsızsa - dərhal ondan qurtulun
![](https://img.mynews.az/news/2017/12/photo_33102.jpg)
Dünyada ən məşhur və bir o qədər də təhlükəli güllərdən biri də "diffenbaxiya"dır. Demək olar ki, bütün evlərdə, eyvanda, pəncərə kənarlarında qoyulan bu çiçək əslində insan sağlamlığı üçün olduqca təhlükəlidir.
Mynews.az xəbər verir ki, evlərdə, ofislərdə, gül salonlarında görməyə alışdığımız və el arasında "ağlayan çiçək" adlanan bu gül xüsusən azyaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyidir. Bu çiçək zəhərli tərkibi ilə insanları öldürə bilir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, diffenbaxiya gülünə toxunmaq və iyləmək belə uşaqlara ziyan vura bilər. Gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gəlir. Eyni zamanda nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər yaradan çiçək insanı yavaş-yavaş zəhərləyir. Mütəxəssislər bu güldən istifadə etməməyə və uşaqları ondan mümkün qədər uzaq saxlamağı tövsiyə edirlər.
Sürətlə böyüyən gülün yarpaqlarındakı zəhər miqdarı bir o qədər artır. 200-ə qədər növü olan diffenbaxiyanın elmə sadəcə 56 növü məlumdur. Gül küləkli mühiti çox sevir. Günəş şüalarından kənarda belə yetişə bilir. (publika.az)
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 916 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 590 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 589 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 586 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 573 dəfə oxunub