Xəbər verdiyimiz kimi, noyabrın 22-də Moskva vilayətinin Korolyov bölgəsində meyvə satışı ilə məşğul olan azərbaycanlı Rövşən Allahverdiyev özünü yandırıb.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Allahverdiyevi intihar həddinə çatdıran polis kapitanı Mixail Vinoqradov həbs edilərək barəsində cinayət işi başlanıb.
Qeyd edək ki, mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına “haqq” verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.
Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub