Goranboy sakini su quyusu qazarkən qədim əşyalar tapıb. O, əvvəlcə qızıl tapdığını düşünsə də, sonradan tapıntıların mis və gümüş pullar olduğu ortaya çıxıb.
Mynews.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Vasif Məmmədov həyətinə traktor gətirib qazıntı işi aparan zaman aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi bəxtinin üzünə güldüyünü düşünüb və dərhal işi saxladıb. Həmin ərazini isə özü qazmağa başlayıb. Bu zaman quyudan mis və gümüş pullar çıxıb.
Vasif Məmmədov quyudan tapılan əşyalara marağın böyük olduğunu deyir.
Qohum-əqrəba həmin məkana baxış keçiriblər və ordan digər qiymətli əşyaların çıxacağına ümid edirlər.
Təsərrüfat sahibi indiyədək həyətində bu cür əşyalara rast gəlmədiyini bildirir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub